Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna və ABŞ nümayəndə heyətlərinin Mayamidə keçirilən görüşündə yaşanan gərginliyin təfərrüatları bəlli olub.
Bizim.Media xəbər verir ki, The New York Times nəşrinin yazdığına görə, amerikalı rəsmilər Ukraynadan Rusiya neft emalı zavodlarına (NEZ) zərbələri dayandırmağı tələb etdikdən sonra, Ukrayna tərəfi bunun müqabilində Kiyevin nə əldə edəcəyi ilə maraqlanıb.
ABŞ nümayəndələri isə cavabında Ukraynaya kəşfiyyat məlumatlarının verildiyini xatırladıblar. Onlar Vaşinqtonun Kiyev üçün onsuz da kifayət qədər iş gördüyünü və bu səbəbdən əlavə güzəştlərə getməyə borclu olmadığını bildiriblər.
Həmçinin qeyd olunur ki, danışıqlar zamanı ABŞ tərəfini təmsil edən Uitkoff Donald Tramp ilə Vladimir Putin arasında baş tutan telefon danışığında iştirak etmək üçün zalı tərk edib.
Bizim.Media