Mayda bu rayonda 37,6 dərəcə isti olub | Icma.az
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub.
Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 4 gün normadan aşağı (0,2-1,2 dərəcə), 1 gün norma daxilində olub, orta aylıq temperatur isə müsbət 20,4 dərəcə qeydə alınıb.
May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37,6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33,5 dərəcə isti qeydə alınıb.
Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda -1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9,8 dərəcə isti müşahidə olunub.
May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib.
Tam oxu
Xəbəri oxu