Mayda Elm və Təhsil Nazirliyinə daxil olan vətəndaş müraciətlərinin sayı açıqlanıb

16.05.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Mayın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 688 vətəndaş müraciəti daxil olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 19 459-u çağrı mərkəzləri, 4 781-i elektron, 814-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 634 müraciət qeydə alınıb.

Müraciətlər xarici diplomların tanınması, texniki işlə təminolunma, təhsil tələbə krediti, birinci sinfə qəbul və digər məsələlərlə bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью