Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb HESABAT

05.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

May ayında qlobal enerji qiymətləri indeksi 5,4 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.

“Bu, “Brent” markalı xam neftin qiymətinin ay ərzində 10,7 faiz azalması ilə əlaqədardır. Lakin enerji qiymətləri indeksindəki bu azalma ABŞ-də təbii qaz qiymətlərinin 6,1 faiz artması ilə qismən kompensasiya olunub”, - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, may ayında qeyri-enerji indeksi 2,5 faiz artıb, ərzaq qiymətləri 1,9 faiz, gübrə qiymətləri isə 4,3 faiz azalıb. Ay ərində içki qiymətləri 5,3 faiz, xammal qiymətləri 2,1 faiz artıb. Metalların qiymətlərində 3,7 faiz, qiymətli metalların qiymətlərində isə 1,7 faiz azalma müşahidə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью