Mayda Kürdəmirdə 37.6 dərəcə isti, Şahdağda 1 dərəcə şaxta qeydə alınıb | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, dörd gün normadan aşağı (0.2-1.2 dərəcə), bir gün norma daxilində olub, ortaaylıq temperatur isə müsbət 20.4 dərəcə qeydə alınıb.
May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33.5 dərəcə isti qeydə alınıb.
Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda 1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9.8 dərəcə isti müşahidə olunub.
May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib.
Tam oxu
Xəbəri oxu