Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 iyun, AZƏRTAC
May ayında qlobal neft tədarükü əvvəlki aya nisbətən təxminən 600 min barel azalaraq gündəlik 94 milyon 470 min barelə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, bu göstərici ABŞ/İsrail-İran müharibəsindən əvvəlki səviyyələrdən sutkalıq təxminən 13 milyon 600 min barel aşağıdır. Qlobal neft tədarükünün azalmasına səbəb ABŞ-nin İrana qarşı hərbi blokadasının ölkənin neft ixracını məhdudlaşdırmasıdır.
Qlobal neft tədarükünün bu il ötən illə müqayisədə təxminən 3 milyon 900 min barel azalaraq gündəlik 102 milyon 379 min barelə enəcəyi gözlənilir. Körfəzdən istehsalın bərpası ilə paralel olaraq qlobal neft tədarükünün 2027-ci ildə təxminən 8 milyon barel artaraq sutkada 110 milyon 350 min barelə çatacağı proqnozlaşdırılır.