Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır. Deyir ki: “Bütün ömrüm boyu pisixiatr həkim işləmişəm.
Bu müddətdə dəliləri yanıma güclə gətirsələr də, amma ağıllı adamlar özləri gəlib...” Söhbət Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə iyirmi ildən yuxarı rəhbərlik edən, tibb elmləri namizədi Mayıl Tağıyevdən gedir.
Bəlkə də nə vaxtsa səhvləri olub, amma nə vaxtsa günah işlətdiyinə inanmıram.
Demirəm məsumdur, Allahın müqəddəs bəndələri srasında onun da adı var, fəqət yaxşı bilirəm ki, təmiz insandır.
Namuslu, qeyrətli kişilərdəndir. Necə deyərlər, hər kəsin qarşısında alnıaçıq, üzüağdır...
Yaxşı yadımdadır, rəhmətlik qardaşının yaşı yetmişə çatsa da övladı olmamışdı.
Bir sınıq qəlbi sevindirmək üçün, o vaxt Mayıl həkim ona gözəl bir yubiley tədbiri təşkil edib dostlarını qardaşının başına yığmışdı.
Kaş görəydiniz, ucqar bir rayonda yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü...