Mayın 1 dən uşaqların I sinfə qəbulu başlayır

28.04.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

Ölkə.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью