Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramı və eyni zamanda Ümumdünya Tısbağa Günüdür.
Hər iki tarix ətraf mühitin qorunması və təbiətin mühafizəsinə həsr olunub, bu da onların əhəmiyyətini daha da artırır.
Sfera.az xəbər verir ki, 2001-ci il 23 may tarixində Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla ETSN yaradıləb və ölkədə ekologiya, təbii sərvətlərin idarə olunması, ətraf mühitin qorunması sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb.
2007-ci ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə bu tarix nazirlik əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Nazirlik əməkdaşları ekoloji tarazlığın qorunması, təbii ehtiyatların davamlı istifadəsi, meşələrin, su hövzələrinin və bioloji müxtəlifliyin mühafizəsi istiqamətində mühüm və məsuliyyətli vəzifələri yerinə yetirirlər.
Onların fəaliyyəti təkcə bu gün deyil, ilboyu cəmiyyətin rifahı və təbiətin davamlılığı üçün əvəzsiz əhəmiyyət daşıyır.
Eyni zamanda, 23 may Ümumdünya Tısbağa Günü kimi də qeyd olunur.