Mayın 30 na olan hava proqnozu

29.05.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью