Mayın 7 dən 9 dək Moskvada internetə çıxış məhdudlaşdırılacaq

07.05.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiyanın paytaxtı Moskvada Qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən tədbirlərin təhlükəsizliyini təmin etmək üçün mayın 7-dən 9-dək internetə məhdudiyyətlər qoyulacaq.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
O, bayram günlərində mobil rabitənin “təhlükəli qonşuluq” səbəbindən məhdudlaşdırılacağını bildirib.  
Peskov bayram günlərində mobil internetə qoyulan bu məhdudiyyətləri anlayışla qarşılamağa çağırıb.
“Bunlar nasazlıqlar deyil. Bunlar məhdudiyyətlərdir. Məlum səbəblərə görə. Təbii ki, buna mütləq anlayışla yanaşmaq lazımdır”, - deyə Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, artıq bu məsələ ilə bağlı bütün lazımi dəqiqləşdirmələr aparılıb.
“Biz mövcud olan təhlükəli qonşuluğu nəzərə almalıyıq”, - Kreml sözçüsü əlavə edib və xarici qonaqların Rusiyada qaldığı müddətdə məhdudiyyətlərin istisna olmadığını vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью