Mayk Conson yenidən Nümayəndələr Palatasının spikeri seçilib AZƏRTAC

04.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 4 yanvar, AZƏRTAC

Respublikaçılar Partiyasının təmsilçisi Mayk Conson ilkin səsvermədə yenidən Nümayəndələr Palatasının spikeri seçilib. AZƏRTAC-ın məlumatına görə, partiya nümayəndələrindən 3-ü onun əleyhinə səs versələr də, son anda M.Consonu dəstəkləmək üçün səsələrini dəyişiblər. O, 218 səslə qalib gəlib. Ümumilikdə Nümayəndələr Palatası 435 təmsilçidən ibarətdir.

Conson son 100 ildə Nümayəndələr Palatasında ən az səslə qalib gələnlərdən olub. Bu isə onun Konqresdə bəzi çətinliklərlə üzləşəcəyi ehtimallarını artırır. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp da Mayk Consonun namizədliyini dəstəkləyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью