Mayk Tayson Ceyk Pola uduzandan sonra nə dedi?

16.11.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ, Texas) keçirilən döyüşdə 27 yaşlı Ceyk Pola uduzan (73:79) Mayk Tayson qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 58 yaşlı sabiq dünya çempionu 8 raundluq rəsmi duelin ardından belə danışıb:

"Belə çıxış etdiyim üçün xoşbəxtəm. Çətin döyüş idi. O, yaxşı döyüşçüdür. Publikanın hörmətini haqq edir".

Qeyd edək ki, Tayson bunadək peşəkar boskda 58 döyüş keçirmiş, 50-də qələbə qazanmış (44-nü nokautla), 6-da uduzmuşdu. 2 döyüşdə isə qalib müəyyənləşməyib. Pol üçün isə bu, 12-ci döyüş olub. O, daha əvvəl keçirdiyi 10 döyüşdə qalib gəlib, 1-də məğlub olub.

Xarici medianın yazdığına görə, bu döyüş üçün Ceyk Pol 40 milyon dollar, Mayk Tayson isə 20 milyon dollar qazanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью