Mayk Tayson döyüşdən əvvəl rəqibini niyə vurduğuna aydınlıq gətirdi

16.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-li boksçu Mayk Tayson bloqer Ceyk Polla qarşılaşmadan əvvəl "üz-üzə baxış" mərasimində onu niyə vurduğunu izah edib.

Oxu.Az-ın məlumatına görə, idmançının sözlərini jurnalist və insayder Maykl Benson özünün "X" sosial şəbəkə səhifəsində paylaşıb.

"Mənim corabda idim, o isə krosovka ilə çıxmışdı. O, axmaq olduğu üçün barmağımı tapdaladı. Barmağım çox ağrıdı və mən cavab verməli oldum", - deyə Tayson bildirib.

Dünyanın ən bahalı döyüşü olaraq tarixə düşən Tayson və Polun döyüşü Arlinqtonda keçirilib. Gərgin mübarizə şəraitində keçən döyüş Ceyk Polun 78:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью