Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağır çəki dərəcəsində boks üzrə keçmiş çempion Mayk Tayson Türkiyənin məşhur seriallarından olan “Duzlu qəhvə”yə (Tuzlu kahve) qonaq qismində qatılıb.
Kult.az xəbər verir ki, artıq Taysonun çəkildiyi seriyanın anonsu da Yutub platformasında nümayiş olunub.
O serialda Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının Amerikadan gələn dostunu canlandırıb.
Qeyd edək ki, bir müddət əvvəl Taysonun seriala qatılacağı barədə məlumat yayılmışdı.