Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Boks üzrə ağır çəkili keçmiş dünya çempionu Mayk Tayson ailəsi ilə birlikdə İstanbula gəlib. Türkiyədə televiziya serialında çəkiləcək Tayson hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ailəsi ilə birlikdə İstanbula gələn Tayson İstanbul Hava Limanında mətbuat nümayəndələri ilə görüşüb.
Jurnalistlərin suallarını cavablandıran məşhur boksçu Türkiyədə olmaqdan məmnun olduğunu deyib: "Türkiyədə olduğum üçün çox xoşbəxtəm".
Hava limanında Taysondan Türkiyə futbol liqasını izləyib-izləmədiyi də soruşulub.
Məşhur boksçu cavabında deyib: "Mən yalnız Braziliya və Argentina liqalarını izləyirəm".
Mayk Taysonun Türkiyəyə səfərinin televiziya serialında qonaq qismində iştirakı ilə bağlı olduğu öyrənilib.
Əvvəllər bildirilən məlumata görə, Taysonun Star TV üçün hazırlanan "Tuzlu Kahve" televiziya serialında rol alması gözlənilir.
Taysonun Buğra Gülsoyun canlandırdığı Mehmetin amerikalı dostu obrazını canlandıracağı bildirilir.