Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir

16.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış bloqer Ceyk Pola məğlub olan dünya boksunun əfsanəsi Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir.

Xarici KİV xəbər verir ki, “Dəmir Mayk” məğlubiyyətdən sonra karyerasını bitirməyi planlaşdırmadığını açıqlayıb.

Sabiq mütləq dünya çempionu 27 yaşlı rəqibi ilə döyüşün onun üçün sonuncu olmadığını vurğulayıb:

"Belə olmasına təəccüblənmədim. Heç kimə heç nə sübut etməyə çalışmadım. Sadəcə, döyüşü keçirə bildiyimə görə şadam. Pol yaxşı idmançıdır. Bu, karyeranın sonu deməkdir? Vəziyyətdən asılıdır. Düşünmürəm ki, bu, mənim son döyüşümdür".

Qeyd edək ki, Mayk Tayson ABŞ-nin Arlinqton şəhərindəki AT&T arenada keçirilən 8 raunddan ibarət döyüşdə rəqibinə hakimlərin yekdil qərarı ilə məğlub olub - 73:79.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью