Mayk Tayson məğlub oldu

16.11.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ, Texas) super ağırçəkili boksçular arasında rəsmi döyüş keçirilib.

Fanat.Az xəbər verir ki, sabiq dünya çempionu əfsanəvi Mayk Tayson (58 yaş) və 27 yaşlı boksçu-videobloger Ceyk Pol üz-üzə gəliblər.

Görüş 8 raunddan ibarət olub. Döyüşdə Ceyk Pol 79:73 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Mayk Tayson bunadək peşəkar boskda 58 döyüş keçirmişdi, 50-də qələbə qazanmışdı (44-nü nokautla), 6-da uduzmuşdu. 2 döyüşdə isə qalib müəyyənləşməyib. Ceyk Pol üçün isə bu, 12-ci döyüş olub. O, daha əvvəl keçirdiyi 10 döyüşdə qalib gəlib, 1-də məğlub olub.

Xarici medianın yazdığına görə, bu döyüş üçün Ceyk Pol 40 milyon dollar, Mayk Tayson isə 20 milyon dollar qazanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью