Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı peşəkar boksçu Mayk Tayson Londonda məhkəmə prosesinin mövzusudur.
Sfera.az bildirir ki, “Medier” şirkəti müqaviləni pozduğuna görə ondan təxminən 1,5 milyon avro (1,59 milyon dollar) təzminat tələb edir.
İddiaya görə, keçmiş ağır çəki çempionu bloqqer və boksçu Ceyk Polla döyüşmək üçün “Rabona” kazinosunun maraqlarını təmsil edən “Medier” ilə müqaviləsini pozub.
“Medier” iddia edir ki, müqavilə 2024-cü ilin yanvarında bağlanıb, lakin Tayson onu martda – məhz Polla döyüşü elan olunanda ləğv edib.
Məhkəmə sənədləri göstərir ki, Tayson müqaviləni ləğv etmək üçün səbəb kimi “Medier”in şərtləri pozmasını göstərib.
Öz növbəsində də şirkət bu ittihamları rədd edərək, Taysonun hərəkətlərini qanunsuz adlandırıb.“Medier”in vəkilləri bildiriblər ki, xitam verilməsinin əsl səbəbi Taysonun Polla döyüşü üçün daha yaxşı “Netflix” sponsorluq müqaviləsi əldə etmək istəyidir.
Qeyd edəki “Netflix”də canlı yayımlanan döyüş keçən ay Texasda baş tutub və Pollun yekdil qələbəsi ilə nəticələnib.