Mayk Tayson rinqə qayıdır

05.09.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Keçmiş dünya çempionu, məşhur boksçu Mayk Tayson rinqə qayıdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gələn il şou xarakterli döyüşdə digər məşhur  Floyd Meyvezerlə üz-üzə gələcək.

Qarşılaşmanın keçiriləcəyi yer və vaxtı hələ bəlli deyil.

Qeyd edək ki, Mayk Tayson sonuncu dəfə ötən ilin noyabrında rəsmən rinqə çıxıb. Bloger Ceyk Pol ilə 8 raundluq döyüşdə Tayson məğlub olub.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью