Mayk Tayson tanınmış bloqerə məğlub olub

16.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, Texas ştatının Arlinqton şəhərindəki AT&T arenasında təşkil olunan döyüşdə hakimlərin qərarı ilə Ceyk Pol qələbə qazanıb.

Qarşılaşma 8 raunddan ibarət olub.

Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində 56 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 6 qarşılaşmada isə məğlub olub. Boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. Ceyk Pol isə indiyədək peşəkar səviyyədə 11 döyüş keçirib, bunların 10-da qələbə qazanıb, 1-də isə məğlub olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью