Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, əfsanəvi boksçu Mayk Tayson "Tuzlu kahve" serialında rol alacaq.
Axşam.az-ın məlumatına görə, boksçu artıq Türkiyədədir. Bu barədə ekran işinin prodüseri Polat Yağcı sosial media hesabında paylaşım edib.
O, Mayk Taysonla fotosunu paylaşaraq "Bir dünya ulduzunu qonaq edəcəyimizi demişdik" sözlərini yazıb.
Qeyd edək ki, serialda Binnur Kaya, Nebahat Çehre, Şevval Sam, Yasemin Ergene, Sarp Apak və Ceren Moray rol alırlar.