Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Tuzlu kahve" serialının aktyor heyətində maraqlı dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, əfsanəvi boksçu Mayk Tayson ekran işində qonaq aktyor kimi yer alacaq. Bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
Məlumata görə, Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmetin Amerikadan gələn dostunu oynayacaq.
Serialda həmçinin Binnur Kaya, Nebahat Çehre, Şevval Sam, Yasemin Ergene, Sarp Apak və Ceren Moray rol alırlar.
Qeyd edək ki, bundan əvvəl türkiyəli müğənni Ajda Pekkan da layihəyə qonaq olmuşdu.