Mayk Tayson Tuzlu Kahve də Yeni fraqment maraq doğurdu Video

26.11.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Star TV-də yayımlanan serialın 13-cü bölümündə Tayson yer alıb.

Boksçunun göründüyü yeni fraqment izləyicilərin böyük marağına səbəb olub.

Serialın prodüseri Polat Yağcı da Mayk Taysonun layihədə iştirakı ilə bağlı paylaşım edib.

"Bir çox ilklərə imza atdığımız bu səyahətdə, "Tuzlu Kahve" proqramında dünya miqyaslı bir ulduzu qonaq etmək şərəfinə nail olduq. Karyerasına yüz milyonlarla insanın şahidlik etdiyi, dünyanın ən qorxulu yumruqlarının sahibi olan bu şəxsi heç vaxt belə görməmisiniz. Sənədli filmi rekordlar qıran bu ulduz, indi "Tuzlu Kahve’dədir", - deyə Polat Yağcı qeyd edib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью