Mayk Taysona qarşı 1,6 milyon dollarlıq İDDİA Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

10.12.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Mayk Tayson "YouTuber"ə çevrilmiş boksçu Jake Paul ilə döyüşmək üçün qumar şirkəti ilə reklam müqaviləsini pozduğuna görə məhkəməyə verilib.

AZXEBER.COM axrici mətbuata istinadən xəbər veirr ki, mərc şirkəti iddia edir ki, Taysonun yanvar ayında imzalanmış müqaviləni pozub.

Boks matçının xüsusi bölümünün mart ayında yayımlanacağı xəbərindən sonra mərc şirkəti məşhur boksçu Tayson və onun şirkəti "Tyrannic"i yanvarda bağladıqları müqaviləni pozmaqda ittiham edir.

Bildirilir ki, məşhur boksçu 2024-cü ilin martında mərc şirkətini şərtlərə əməl etməməkdə ittiham edərək müqaviləyə xitam verib, lakin onun həmin gün Paulla döyüşəcəyi də açıqlanıb.

Mərc şirkətinin hüquqşünasları Taysonun şirkətə 1,59 milyon dollar qazandığını iddia edirlər.

Cümə günü verdikləri bəyanatda deyilir ki, "Tyson və onun şirkəti Tyrannic-in tələsik və qanunsuz işdən çıxarılmasının səbəbi Taysonun Jake Paul ilə döyüşmək üçün müqaviləni qəbul etməsi idi".

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью