Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikalı məşhur "YouTuber Ceyk Pol və əfsanəvi ağır çəkili boksçu Mayk Tayson arasında gözlənilən boks qarşılaşması baş tutub.
Səkkiz raund davam edən döyüşdə qalib gələn Ceyk Pol olub.Demokrat.az xəbər verir ki, maçın ardından sosial mediada və idman dairələrində qarşılaşmanın əvvəlcədən planlaşdırılmış bir ssenari əsasında keçirildiyi iddiaları gündəmə gəlib.
Bir çox izləyici, Taysonun yaşı və fiziki hazırlığının belə bir döyüş üçün uyğun olmadığını vurğulayıb.
ABŞ-ın əksər ştatlarında Taysonun döyüş keçirməsinə icazə verilmədiyi üçün qarşılaşma yalnız Texasda müəyyən qaydalar çərçivəsində təşkil olunub.
Ən önəmli qaydalardan biri boksçuların daha qalın və ağır əlcəklər geyinməsini tələb edirdi.
Bunun məqsədi yumruqların təsir gücünü azaltmaq idi.Keçmiş boksçu və hazırda boks ekspertliyi ilə məşğul olan Toni Bellev Ceyk Polun bu qaydanı pozduğunu bildirib.
Bellev öz paylaşımında qeyd edib:"Maykın geyindiyi əlcəklər çox qalın görünür, amma Ceykin geyindiyi adi yumruq əlcəkləridir.