Mayk TaysonCeyk Pol matçından maraqlı görüntü: Amiqo qız Netflixin videooperatoruna təpik vurdu

17.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən bahalı döyüşü olaraq tarixə düşən Ceyk Pol-Mayk Tayson boks matçından maraqlı görüntülər yayılıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, AT&T Stadionunda baş tutan görüşün açılışında "Dallas Cowboys" amiqo komandasının qızları çıxış ediblər.

Qarşılaşmanı canlı yayımlayan "Netflix"in videooperatoru qızların şousunu lentə alarkən başına iş gəlib. Yaxından görüntü əldə etməyə çalışan operator qızlardan biri tərəfindən təpiklənib. Belə ki, rəqs edən qızlardan birinin ayağı onun başına dəyib və kamera əlindən düşüb.

Hadisə anbaan videogörüntülərə əks olunub və "Netflix" həmin anı sosial media hesabında yayımlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью