Maykl B. Cordan məşhur oğru obrazında “Tomas Kraun”un yeni versiyası

13.11.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Hollivudun məşhur soyğunçu obrazlarından biri yenidən böyük ekrana qayıdır.

Kulis.az xəbər verir ki, “Amazon MGM Studios” Maykl B. Cordanın həm baş rolunu oynadığı, həm də rejissoru olduğu “The Thomas Crown Affair” filminin yeni treylerini yayımlayıb.

Filmdə Cordan Tomas Kraun adlı varlı sənət oğrusunu canlandırır. Onun qarşısına isə oğurlanmış rəsm əsərini tapmaq üçün işə cəlb olunan sığorta mütəxəssisi Nadiya Bennet çıxır. Bu obrazı Adria Arxona ifa edir. Araşdırma getdikcə iki personaj arasında münasibətlər mürəkkəbləşir və peşəkar qarşıdurma şəxsi hisslərlə qarışır. Treylərdə sənət əsərləri, dəbdəbəli məkanlar, avtomobil səhnələri və gərgin təqib epizodları diqqət çəkir.

Filmin aktyor heyətində Kennet Brana, Lili Qledstoun, Danay Qurira və Pilu Asbek də yer alıb. Brananın canlandırdığı sənət kolleksiyaçısı oğurlanmış rəsm əsərinin tapılması üçün Nadiyanı işə cəlb edir. Hekayənin mərkəzində Vinsent van Qoqun oğurlanmış tablosu dayanır.

“The Thomas Crown Affair” ekran tarixində üçüncü dəfə çəkilir. İlk film 1968-ci ildə Stiv Makkuin və Fey Danaueyin iştirakı ilə təqdim olunub. 1999-cu ildə isə Pirs Brosnan və Rene Russo eyni obrazları canlandırıblar. Yeni versiyanın 2027-ci il martın 5-də kinoteatrlara çıxması planlaşdırılır. Maykl B. Cordan layihəni uzun müddətdir həyata keçirmək istədiyini və uşaqlıqda izlədiyi 1999-cu il ekran əsərinin ona böyük təsir göstərdiyini bildirib.

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi Türkiyə vətəndaşları “arzuolunmaz şəxslər” siyahısında: Aralarında yazıçı və jurnalistlər də var
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью