Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır. Mərhum müğənni Maykl Ceksonun keçmiş vəkili onun zahiri görünüşü haqda bəzi məqam
Axşam.az xəbər verir ki, Con Meyson onun probleminin hələ erkən yaşlarında yarandığını deyib.
O bildirib ki, atası onu daim tənqid edirmiş, buna görə də Cekson görünüşünə hər zaman özəl yanaşıb.
2009-cu ildə, ölümündən əvvəl pop musiqisinin kralı bildirib ki, yalnız iki dəfə burun əməliyyatı keçirib.
Baxmayaraq ki, ictimaiyyət daha çox dəyişiklik müşahidə edib.
Mənbənin bildirdiyinə görə, 1964-cü ildə altı yaşlı Mayklın atası onun oxuma və rəqs etmə qabiliyyətini qiymətləndirməyib, halbuki uşaq bunu gözləyirmiş.
“O mənə dedi ki, burnum böyükdür” deyə, "Radar Online" Ceksonun sözlərini sitat gətirir.
Meyson Ceksonla hələ erkən vaxtlardan çalışdığını deyib. O bildirib ki, atası Co məşqlərdə əlində kəmərlə oturarmış.