Maykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü

03.09.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib.

Lent.az xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. 

Prins Cekson məşhur “Cirque du Soleil Michael Jackson ONE” şousunu izləyib. Tədbir zamanı o, pərəstişkarlarla birlikdə atasının xatirəsini yad edib, daha sonra fanatlarla söhbətləşib və avtoqraf paylayıb.

Maykl Ceksonun oğlu hazırda atasının yaradıcılıq irsinin qorunması ilə bağlı layihələrdə də iştirak edir. O, 2026-cı ildə çəkilən “Michael” bioqrafik filminin icraçı prodüserlərindən biridir. Filmdə Maykl Ceksonu onun qardaşı oğlu Cəfər Cekson canlandırır.

Xatırladaq ki, Maykl Cekson 25 iyun 2009-cu ildə 50 yaşında vəfat edib. Onun Prins, Paris və Bigi adlı üç övladı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью