Maykl Ceksonun oğlunun nadir fotosu yayıldı | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur ABŞ-li pop ifaçısı Maykl Ceksonun kiçik oğlu Blenketin (Biqi) nadir fotosu yayılıb.
Oxu.Az-ın xəbərinə görə, foto "The Mirror" nəşrində dərc olunub.
Fotoda kiçik Cekson qara kostyum, ağ corab və qara loferdə (ayaqqabı - red.) olub.
Jurnalistlər əfsanəvi ifaçının oğlunun obrazında atasının geyim tərzinin elementlərini görüblər.
KİV-in məlumatına görə, gənc öz əmisi, ABŞ-li müğənni və "The Jackson 5" qrupunun üzvü Tito Ceksonla vida mərasimində görüntülənib.
Mərasimdə, həmçinin Blenketin qardaşı və bacısı Peris və Prins də iştirak ediblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu