Maykl Ceksonun qızı nişanlandı

06.12.2024

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Popun kralı” adlandırılan Maykl Ceksonun qızı Paris sevgilisi, musiqi prodüseri və DJ Castin Lonqla nişanlanıb.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə instaqram sosial şəbəkəsində məlumat verib.

Aktrisa nişanlısının ad günündə Castinin ona evlilik təklifi edərkən çəkdirdiyi fotonu yayımlayıb.

O, posta “Ad günün mübarək, əziz mavi! Mən daha mükəmməl insan tapa bilməzdim. Sənin olmağıma icazə verdiyin üçün təşəkkür edirəm. Səni sevirəm”, - sözlərini əlavə edib.

Qeyd edək ki, Paris Cekson və Castin Lonq 2022-ci ildən münasibətdədir.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью