Maykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılıb

01.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin "Çikaqo Bulls" komandasının heyətində 6 dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus və oyun zamanı geyinilmiş forma hərracda 12,26 milyon dollara satılıb.

"Report" xəbər verir ki, bu barədə "Joopiter" hərrac evi məlumat yayıb.

63 yaşlı keçmiş idmançı həmin ağ rəngli "Çikaqo Bulls" formasını 1998-ci ildə "Yuta"ya qarşı NBA final seriyasında geyinib. O, həmin qarşılaşmada 24 xal toplayıb.

Komanda sonda seriyanı qazanaraq klub tarixində 6-cı çempionluq titulunu əldə etmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью