Maykl Duqlas Beynəlxalq Kinofestivalda iştirak edəcək

13.06.2025

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı aktyor və iki “Oskar” mükafatının laureatı Maykl Duqlas rejissor Miloş Formanın rəqəmsal formatda restavrasiya olunmuş “Ququ quşu yuvası üzərindən uçarkən” filminin çəkilməsinin 50 illiyi münasibətilə bu il Karlovı Varı Beynəlxalq Kinofestivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, 1975-ci ildə “Ən yaxşı film” nominasiyasında “Oskar” qazanan bu ekran əsərini prodüserlərindən biri kimi Maykl Duqlas “Navraty k pramenum” (“Kökə dönüş”) bölməsində təqdim edəcək.

Qeyd edək ki, Maykl Duqlas 1998-ci ildə də Karlovı Varı Kinofestivalının qonağı olub və o zaman Sol Zents kimi “Xrustal qlobus” mükafatına layiq görülüb.

Toyuq günü - Oljas Süleymenovun hekayəsi Xəyanət, abort və qadın deyingənliyi - O necə narkoman oldu? Yeraltındakı adamın etirafları - Yeni imza
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью