Maykl Enton Putinin köməkçisi ilə görüşəcək

16.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-ni təmsil edən Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ilə ayrıca görüş keçirəcək.

Cebheinfo.az” “BBC News”a istinadən xəbər veririk ki, Enton Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşə qatılmayacaq.

Bildirək ki, görüşlər İstanbuldakı Dolmabağça prezident ofisində keçiriləcək. Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqların da orada başlaması gözlənilir. Rusiya nümayəndə heyətinə isə Medinski başçılıq edir. Qeyd edək ki, Ağ Evin rəhbəri Donald Tramp 2-3 həftə ərzində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью