Maykl Korsdan 45 illik yubiley kolleksiyası

03.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Amerikalı modelyer Maykl Kors moda sahəsində fəaliyyətinin 45 illiyini xüsusi kolleksiya ilə qeyd edib. Dizayner 2026-cı ilin payız kolleksiyasını Nyu-Yorkun məşhur Metropolitan Opera binasında şəxsən təqdim edərək yubiley nümayişini moda ilə səhnə sənətinin vəhdətinə çevirib.

“ELLE” nəşrinin məlumatına görə, kolleksiyanın əsas xəttini gecə geyimləri, uzun opera əlcəkləri və teatrallığı ilə seçilən obrazlar təşkil edib. Dəbdəbəli libaslar, diqqətçəkən siluetlər və səhnə estetikasından ilhamlanan detallar nümayişə xüsusi ovqat qatıb. Kolleksiyanın təqdimatında dizaynerin illər ərzində formalaşdırdığı zəriflik və qlamur anlayışı ön plana çıxıb.

45 illik yubiley nümayişi Maykl Korsun yaradıcılıq yoluna, Nyu-Yorkun mədəni həyatına və moda dünyasına gətirdiyi üsluba həsr olunub.

Beləliklə, dizayner əlamətdar tarixi yeni kolleksiya ilə qeyd edərək öz moda irsini bir daha nümayiş etdirib.

S.Rzayeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью