Maykl Olise bu həftə hamını qabaqladı

16.04.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın “Bavariya” futbol komandasının cinah hücumçusu Maykl Olise Çempionlar Liqasında həftənin oyunçusu adına layiq görülüb. Bu barədə turnirin rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

İdman.Biz xəbər verir ki, fransalı vinger Madrid “Real”ı ilə cavab qarşılaşmasında (4:3) vurduğu qolla komandasının qələbəsində və yarımfinala yüksəlməsində böyük pay sahibi olub. Səsvermə nəticəsində Olise bir neçə iddialı rəqibini qabaqlamağı bacarıb.

O, səsvermədə “Liverpul”la oyunda (0:2) dubl edən PSJ-nin hücumçusu Usman Dembeleni, “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendini və Madrid “Atletiko”su ilə görüşdə (1:2) məhsuldar ötürmə ilə yadda qalan “Barselona”nın üzvü Dani Olmonu geridə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” PSJ ilə qarşılaşacaq. Tərəflər arasında ilk oyun aprelin 28-də, cavab matçı isə mayın 6-da keçiriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью