Maykl Olize 12 milyonluq mülk aldı

27.07.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olize yaşayış yeri ilə bağlı üzləşdiyi problemi qeyri-adi qərarla aradan qaldırıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı mənzili tərk edən 22 yaşlı yarımmüdafiəçi Münhenin ən prestijli bölgələrindən birində yerləşən, 12 milyon avro dəyərində malikanə satın alıb.

Məlumata görə, futbolçunun yeni evi qapalı hovuz, SPA zonası, müasir idman zalı, geniş qaraj və yüksək təhlükəsizlik sistemi ilə təchiz olunub.

Bildirilir ki, Maykl Olize "Bavariya" klubundan ildə 15 milyon avro xalis əməkhaqqı qazanır. Sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər də nəzərə alındıqda, futbolçunun illik qazancının təxminən 25 milyon avroya çatdığı vurğulanır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью