Maykl Şin qonşularının 1,3 milyon dollarlıq borcunu üzərinə götürdü

12.03.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Aktyor Maykl Şin qonşularının 1,3 milyon dollarlıq borcunu üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, “The Queen”, “Frost/Nixon” və “Good Omens” filmlərindəki rolları ilə məşhurlaşan Şin iki il əvvəl doğma Cənubi Uelsdə 900 nəfərə kömək etmək və qısamüddətli kreditlər üzrə yüksək faiz dərəcələri tələb edən borc sənayesinin təhlükələrinə işıq salmaq məqsədi ilə borcları üzərinə götürməyə başlayıb.
Onun səyləri “Michael Sheen's One Milyon Pound Giveaway” adlı sənədli filmdə təfərrüatlı şəkildə göstəriləcək. Sənədli filmdə o, öz pulunun 10 misli dəyərində borc almağa imkan verən borc sənayesinin mürəkkəb maliyyə strukturlarını izah edir.
Şin əlavə edib ki, borclarını təmizlədiyi insanların kimliyini bilmir, yalnız onların Port Talbot ətrafındakı ərazidə yaşadıqlarını bilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью