Mayli Sayrus gizli şəkildə ailə qurdu Müğənni toy fotolarını paylaşdı

23.11.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya pop musiqisinin məşhur simalarından Mayli Sayrus şəxsi həyatında yeni mərhələyə qədəm qoyub.

Kulis.az xəbər verir ki, müğənni noyabrın 21-də musiqiçi Maks Morando ilə Kaliforniyanın Palm-Sprinqs şəhərindəki özəl mərasimdə ailə qurub.

Cütlük toylarından ilk rəsmi fotoları isə bir gün sonra sosial şəbəkədə paylaşıb.

Ağ-qara fotolarda yeni evlənənlərin bir-birinə sarılması, öpüşməsi və mərasimdən sonrakı anları əks olunub. Sayrus toy üçün “Saint Laurent” moda evinin hazırladığı uzunqollu, ipək gəlinlik seçib. Morando isə klassik qara kostyumda olub. Mərasim ağ güllərlə bəzədilmiş məkanda, ailə üzvləri və yaxın dostların iştirakı ilə keçirilib.

Cütlüyün münasibətləri 2021-ci ildən başlayıb. Morando “Liily” musiqi qrupunun nağaraçısı kimi tanınır. Sayrusun paylaşımındakı “M + M 11.21.26” qeydi də pərəstişkarları arasında geniş müzakirə yaradıb. Müğənninin toy fotosessiyasının sadəliyi və ənənəvi Hollivud dəbdəbəsindən uzaq üslubu da diqqət çəkib.

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü" Məşhur aktrisa dünyasını dəyişdi Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью