Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Müğənni Mayli Sayrus nişanlısı Maks Morando ilə gəzintidə olarkən görüntülənib.
OLAY yazır ki, nişanlı cütlük Los-Ancelesdə nahardan sonra suşi restoranından birlikdə çıxarkən görüntülənib.
33 yaşlı “Qremmi” mükafatlı müğənni gəzinti üçün rahat qəhvəyi sviter, qara şalvar və şlapan seçib. 27 yaşlı musiqiçi isə ağ mayka, yaşıl idman şalvarı və yük maşını sürücülərinə xas kepka taxıb.
Qeyd edək ki, Mayli və Maks ötən ilin dekabrında barmağında üzük görüləndə ilk dəfə nişanlandıqları barədə şayiələrə səbəb olublar. Qısa müddət sonra onların nişanlandığı təsdiqlənib.