Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hal-hazırda mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər.
Mayonezin dadı bizim çoxumuzun zövqünə o qədər xoşdur ki, biz hiss etmədən ondan "süi-istifadə etməyə" başlayırıq.
Beləliklə, bizim pərəstiş etdiyimiz mayonez xeyirli məhsuldur yoxsa ziyanlı?
Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70-80 % olmalıdır.
Bizim supermarketlərimizdə satılan mayonez heç də hər zaman bu standartlara uyğun deyil.
Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir.
Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur.