Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Rusiyalı neyroqastroenteroloq Andrey Simakov mayonezin sağlamlığa təsiri və gündəlik istehlak norması barədə danışıb. Həkimin fikrincə, eyni miqdarda mayonez bir insan üçün norma sayıldığı halda, digəri üçün artıq ola bilər.
Demokrat.az bildirir ki, məsələnin kökündə insanın gün ərzində qəbul etdiyi digər yağların miqdarı dayanır. Əgər rasionda kolbasa, pendir, yağlı ət və hazır xəmir xörəkləri çoxdursa, mayonez əlavə yükə çevrilir. Ümumilikdə yağ qəbulu gündəlik kalori miqdarının 30 faizini, doymuş yağlar isə 10 faizini keçməməlidir.
“Tamdəyərli qidalanma üçün bədən çəkisinin hər kiloqramına görə 0,8–1 qram yağ qəbuluna diqqət yetirmək olar. Bu zaman yağların tərkibi də vacibdir: üçdə iki hissəsi bitki, üçdə bir hissəsi isə heyvan mənşəli yağlar olmalıdır”, – deyə Andrey Simakov bildirib.
Mayonezin əsas təhlükəsi onun həcminin düzgün qiymətləndirilməməsidir. Bu sous adətən digər qidaların tərkibinə qarışdığı üçün insan nə qədər kalori aldığını hiss etmir. Əgər qidalanma rejimi balanslıdırsa
və artıq yağ yoxdursa, az miqdarda mayonezi müntəzəm istifadə etmək olar.
Həkim vurğulayıb ki, tərəvəz və zülal əsaslı yeməklərə bir az sous əlavə etmək olar. Lakin hər gün qızardılmış yeməklər, fastfud və yarımfabrikatlarla birlikdə mayonez yemək orqanizm üçün ciddi problemlər yarada bilər.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az bildirir ki, məsələnin kökündə insanın gün ərzində qəbul etdiyi digər yağların miqdarı dayanır. Əgər rasionda kolbasa, pendir, yağlı ət və hazır xəmir xörəkləri çoxdursa, mayonez əlavə yükə çevrilir. Ümumilikdə yağ qəbulu gündəlik kalori miqdarının 30 faizini, doymuş yağlar isə 10 faizini keçməməlidir.