Mayorumuza hücum: Sifariş haradan gəlib? Özü açıqladı | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Asla
Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuş
Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.
Globalinfo.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da həbs edildiyini əlavə edib: “Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq.
Amma görünür ki, o, sözündə durmadı. Ramal Aslanov hazırda 48 saatlıq həbs edilib”.
F.Zeynalov hadisənin təfərrüatlarını açıqlayıb: “Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma gedirdim.
Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim.
Tam oxu
Xəbəri oxu