MBA nın turnir ideyası Avroliqa rəhbərliyini qəzəbləndirib

23.01.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Avroliqa rəsmi şəkildə MBA-ya bu liqanın rəhbərliyinin Avropa klubları ilə danışıq aparmasına görə məhkəmə prosesi başlada biləcəyi barədə məlumat verib.

"Football-plus.az" xəbər verir ki, Avroliqanın rəhbərliyini, təşkilatçılarını qəzəbləndirən məqam odu ki, dünyanın aparıcı basketbol liqası Avropanın aparıcı turnirində iştirakla bağlı uzunmüddətli müqavilələr imzalamış klublarla danışıq aparır.
Artıq uzunmüddətli müqavilələr vasitəsilə Avroliqada iştirakını təsdiqləyən klublar mövcud öhdəliklərə bağlı hesab olunurlar. Alternativ turnirə keçidlə bağlı hər hansı danışıq isə müqavilənin pozulması hesab oluna bilər. Buna görə də Avroliqa maraqlarını qorumaq üçün məhkəməyə müraciət variantını nəzərdən keçirir.
MBA və FIBA nümayəndələrinin artıq “Real”, “Barselona” və “Fənərbaxça” ilə danışıqlar apardığı bildirilir, baxmayaraq ki, bu klublar hələlik yekun qərarını verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью