MBA rekord satışı təsdiqlədi

13.11.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Milli Basketbol Assosiasiyasının (MBA) Direktorlar Şurası “Leykers”in nəzarət-səhm paketinin Mark Uolterə satılmasını yekdilliklə təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, MBA komissarı Adam Silver mətbuat açıqlamasında idarə heyətinin qərarını belə şərh edib:

“Mark Uolter liqamızla uzun illərdi əlaqədədi, on ildən çoxdu ki, “Leykers”in minoritar və Qadın MBA-sında yarışan “Sparks”ın majoritar sahibi kimi fəaliyyət göstərir. Markın “Leykers”in majoritar sahibi olandan sonra klubun sadiq idarəedicisi kimi bisnesdəki və idmandakı uğurlu təcrübəsi sayəsində liqamıza gözəl bir əlavə olacağına əminəm”.

ABŞ mediasının məlumatına görə, bu sövdələşmə Uolterə 10 milyard dollara başa gələcək və bu, Amerika peşəkar idman tarixində ən bahalı satış olacaq. Uolter 2021-ci ildən bəri Los-Anceles klubunun səhmdarıdı.
Xatırladaq ki, 2022-ci ilin mayında Mark və tərəfdaşları “Çelsi”ni də satın alıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью