Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real"ın fransız hücumçusu Kilian Mbappe 11 il sonra portuqaliyalı Kriştianu Ronaldunun Madrid klubunda nadir nailiyyətini təkrarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
İspaniya çempionatının doqquzuncu turu çərçivəsində "Real" klubu "Xetafe"ni 1:0 hesabı ilə məğlub edib.
Bu oyunda yeganə qolu 80-ci dəqiqədə Mbappe vurub. Bu, futbolçunun İspaniya çempionatının cari mövsümündə artıq onuncu qoludur.
Onun hesabında, həmçinin iki məhsuldar ötürmə var. Mbappe 2014/15 mövsümündən bəri La Liqanın ilk doqquz turunda on və daha çox qol vuran "R
Ronaldu həmin mövsümdə eyni müddət ərzində 17 dəfə fərqlənib.
Ötən mövsümdə Mbappe İspaniya çempionatında 31 qol vuraraq "Qızıl Buts"un sahibi olub.