Mbappe akademiyasında oynadığı klubun səhmlərini alacaq

01.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Real”ın futbolçusu Kilian Mbappe yeni klub almağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, fransalı forvard ölkəsinin “Kan” klubunun səhmlərini almaq istəyir. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Xəbərdə Mbappenin klubun səhmlərinin 80 faizini alacağı və bunun üçün 15 milyon avro ödəyəcəyi bildirilib.

Mbappe “Kan”ın akademiyasında oynayıb və 13 yaşında “Monako”ya keçib. “Forbes”ə görə 25 yaşlı hücumçunun sərvəti 180 milyon dollardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью