futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real”ın futbolçusu Kilian Mbappe baş məşqçi Karlo Ançelotti ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, fransalı hücumçu La Liqada “Real Sosyedad”la (2:0) matçdan sonra sosial şəbəkə hesabında bunları yazıb:
“Bu gün sizin klubla heyrətamiz səyahətinizin son oyunu idi. İlk gündən mənimçün etdikləriniz üçün təşəkkür edirəm. Sizin kimi məşqçi ilə işləmək şərəf idi”.
Ançelotti “Real”dan ayrılıb və Braziliya yığmasına baş məşqçi təyin edilib.