Mbappe Ançelottinin onu Real Madriddə oynatdığı mövqedən narazıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

07.11.2024

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real Madrid"in fransız hücumçusu Kilian Mbappe özünün lazımsız mövqedə istifadə edildiyinə inanır.

BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" nəşri məlumat yayıb.

Mənbənin məlunatına görə, fransalı "Los Blancos"un baş məşqçisi Karlo Ançelottinin taktiki sxemlərində mərkəz hücumçusu kimi çıxış etməsini bəyənmir.

Futbolçunun hücum cinahlarında istifadə olunacağı təqdirdə daha çox fayda gətirəcəyinə və daha çox qol vuracağına əmin olduğu vurğulanır.

Xatırladaq ki, Mbappe cari mövsüm başlamazdan əvvəl "Real Madrid"ə keçib. 15 oyunda fransız səkkiz qol vurub, iki məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью